Klinton İrana 1 ay vaxt verdi

klinton-irana-1-ay-vaxt-verdi-
Oxunma sayı: 637

ABŞ və İsrail bu ilin aprelində İrana hərbi müdaxilə edə bilər. “Kommersant” qəzetinin yazdığına görə, Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşən ABŞ dövlət katibi Hillari Klinton Tehran rejiminin nüvə fəaliyyətlərinin dayandırılması üçün güc variantının tətbiqinə eyham vurub.
Dövlət katibi əlavə edib ki, gələn ay “5+1” (BMT TŞ-nın daimi üzvləri və Almaniya) formatı ilə İran rəsmilərinin nüvə problemini yoluna qoymaq məsələsiylə bağlı baş tutacaq danışıqlar Tehran rejimi üçün son şansdır.

Bu arada ABŞ-da keçirilən rəy sorğusunun nəticələrinə görə, vətəndaşların çoxu İranın nüvə silahı əldə etmək istədiyi sübut olunacağı təqdirdə Tehran rejiminə qarşı hərbi müdaxilənin tərəfdarıdır. “Reuters/Ipsos”un sorğusuna qatılan amerikalıların 56 faizi İrana hərbi müdaxilənin lehinə, respondentlərin 39 faizi isə nüvə probleminin diplomatik yolla həll edilməsinin əleyhinə səs verib. Əlavə edək ki, ABŞ prezidenti Barak Obama bir qədər əvvəl Vaşinqtonun İranın nüvə fəaliyyətini dayandırmaq üçün istənilən varianta əl atmağa hazır olduğuu bildirmişdir.

azadliq.info