ABŞ-ın eks-prezidenti Bill Klinton müğənni Areta Franklinin dəfn mərasimində biabır olub.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Klinton səhnəyə çıxan müğənni Ariana Qrandedən gözlərini çəkə bilməyib. İfaçını ağzıaçıq izləyən keçmiş prezident sosial şəbəkələrin dilinə düşüb.
Bəziləri onun bu davranışını “iyrənc” adlandırıblar.
Son xəbərlər
Son Xəbərlər