“Qafqazinfo”nun Associated Press-ə istinadən məlumatına görə, Obama Klintonun namizədliyini dəstəklədiyini qeyd edib:
“Düşünürəm ki, o, əla prezident olacaq”.
Amerika prezidenti bu barədə Panamada keçirdiyi mətbuat konfransında danışıb.
Qeyd edək ki, bir neçə gün əvvəl “New York Daily” Hillari Klintonun prezidentlik namizədliyinə hazırlaşdığını, bunun üçün hətta promo video çarxlar da hazırlandığını yazmışdı. Məhz bu gün Klintonun məsələ ilə bağlı bəyanat verəcəyi gözlənilir.
Son xəbərlər
Son Xəbərlər