“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Los-Ancelesdə humanitar yardım məqsədi ilə təşkil edilən qalada keçmiş prezidentin şəkil çəkdirdiyi iki gənc və gözəl qadının Nevada əyalətində bir fahişəxanada çalışdıqları ortaya çıxıb. Nevada əyalətinin Moundhouse şəhərindəki fahişəxana sahibi Dennis Hof yardım quruluşu qalasına qatılan Barbie Girl və Ova Adora adlı gənc qadınların Klinton ilə şəkil çəkdirməyə can atdığını, lakin keçmiş başçının qadınları tanımadığını bildirib: "Klinton birlikdə poza verdiyi şəxslərin seks işçiləri olduğunu bilmirdi. Qızlar ona heyran olduqlarını, onunla birlikdə şəkil çəkdirmək istədiklərini söyləyincə keçmiş prezident razılıq verdi”.
Son xəbərlər
Son Xəbərlər