Klintonun olduğu təyyarə təcili eniş etdi

klintonun-oldugu-teyyare-tecili-enis-etdi
Oxunma sayı: 1179

ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun olduğu təyyarə məcburi eniş etməli olub. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə “CNN” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, Vaşinqtona uçan təyyarə Nyu-Yorkda hava limanına qayıdıb.

Qeyd olunur ki, təcili enişə səbəb “American Airlines” şirkətinə məxsus təyyarədə baş vermiş tüstülənmə olub.

Sərnişinlər başqa bir reyslə gedəcəkləri ünvana çatdırılıblar.