“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İngiltərənin Bradford şəhərində yaşayan müsəlman Şazad İqbal müğənninin boyunbağını parçalara ayırmasının dinə təhqir olduğunu ifadə edərək klipin “YouTube” kanalından silinməsi üçün imza kampaniyasına başlayıb. Sosial şəbəkədə başlayan kampaniyaya Avstraliya, Səudiyyə Ərəbistanı, Pakistan və Banqladeş kimi bir çox ölkədən təxminən 40 min adam imza atılıb.
Klipdə bir antik Misir şahzadəsini canlandıran Perry onunla evlənmək istəyən kişilər arasından seçim etməyə çalışır. Kişilərin hədiyyələrindən məmnun olmayan şahzadə kişiləri barmaqlarından çıxan şimşəklərlə parçalayır. Parçalara ayrılan ilk kişinin boynunda ərəbcə “Allah” yazılan bir boyunbağı gördüyünü ifadə edən İqbal "Keti Perri (videoda Allaha qarşı olduğu görülən) inanclı birini və Allahın adını atəşə verərək, açıqca dini təhqir edir”-, deyə bildirib.
Qeyd edək ki, Perrinin yeni albomu “Prism”da yer alan “Dark Horse” mahnısı ABŞ-ın musiqi siyahısında birinci yerdədir.
Son xəbərlər
Son Xəbərlər