Klipinə 1,4 milyon “dislike” gəldi, sildi

Klipinə 1,4 milyon “dislike” gəldi, sildi
Oxunma sayı: 1485

“YouTube”da “dislike” sayına görə (1, 4 milyon)  rekord qıran repçi Timati (Timur Yunusov) və Qufun dueti silinib. 

“Qafqazinfo” xəbər verir ki, Moskvanın ad gününə həsr olunan layihələr mənfi rəylər səbəbindən ləğv olunub.

“Mənfi dalğanın qarşısını almaq üçün videonu sildik. Heç kimi incitmək fikrimiz yox idi”- deyə Timati bildirib. 

Digər repçi Quf isə “Mən öz şəhərimi sevirəm və həyatımın 36 ilini burada yaşamışam. Biz kiminsə sifarişi ilə layihə çıxarmamışıq, öz istəyimizlə belə addım atmışıq”, -deyə qeyd edib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi