Braziliyalı aktrisa Fransuaza Forton 63 yaşında Rio-de-Janeyro şəhərində vəfat edib.
“Qafqazinfo” “StarHit”ə istinadən xəbər verir ki, o, xərçəng xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, ona hələ 1989-cu ildə serviks xərçəngi diaqnozu qoyulmuşdu.
F.Forton Azərbaycan tamaşaçısına məşhur “Klon” serialından tanışdır. O, ekran işində professor Albyerinin köməkçisi Simoneni canlandırıb.


Son xəbərlər
Son Xəbərlər