Dünyaca məşhur “Klon” serialının ulduzu Covanna Antonelli övladları ilə birgə kamera önünə keçib.
“Qafqazinfo” xəbər verir ki, 46 yaşlı braziliyalı ulduzun övladları ilə fotolarını “Hello!” jurnalı paylaşıb.
Beləliklə, Antonelli 17 yaşlı oğlu Pietro və 12 yaşlı əkizləri Antoniya və Sofiya ilə səmimi fotosessiya etdirib.
Xatırladaq ki, “Klon”da Hade obrazını canlandıra braziliyalı ulduz iki dəfə ailə həyatı qursa da, hazırda evli deyil. Belə ki, Antonelli 2000-2002-ci illərdə Ricardo Medina ilə evli olub.
2007-ci ildə Robert Locascio ilə ailə həyatı quran Antonelli və yoldaşı elə həmin il boşanıblar.




Son xəbərlər
Son Xəbərlər