“Klopp üçün darıxacağam” - Qvardiola ağladı

klopp-ucun-darixacagam
Oxunma sayı: 3332

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola mətbuat konfransında kövrəlib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb isə onun həmkarı Yurgen Kloppun “Liverpul”dan ayrılmasıdır. 

Mütəxəssis ötən gün İngiltərə Premyer Liqasının 38-ci turunda “Vest Hem”lə keçirilən oyunundan (3:1) sonra bu sözləri deyib: 

“Onun üçün çox darıxacağam...Yurgen Klopp həyatımın həqiqətən vacib hissəsi idi. O, məni məşqçi kimi növbəti mərhələyə apardı. Bir-birimizə inanılmaz hörmətimiz var. Onun qayıdacağını hiss edirəm”.

Qeyd edək ki, “Mançester Siti” ötən gün İngiltərə Premyer Liqasının çempionu olub.