Klopp vida gecəsində rəqs etdi - Video

klopp-vida-gecesinde-reqs-etdi
Oxunma sayı: 2698

“Liverpul”un futbolçuları baş məşqçi Yurgen Klopp üçün vida gecəsi təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, tədbir İngiltərədəki restoranlardan birində keçirilib. 

Əyləncə zamanı 56 yaşlı mütəxəssis “Liverpul”un keçmiş futbolçusu Con Barnsla səhnəyə çıxıb və rəqs edib.

Qeyd edək ki, Klopp mövsümün sonunda “Liverpul”dan ayrılacağını yanvarda açıqlamışdı. Ötən gün isə “Liverpul” hollandiyalı Arne Slotun komandanın yeni baş məşqçisi olacağını açıqlayıb.