Çempionlar Liqasının 1/8 finalının cavab matçı çərçivəsində keçirilən “Liverpul” - “Atletiko” matçından əvvəl maraqlı anlar yaşanıb.
"Qafqazinfo" xəbər verir ki, komandaların baş məşqçiləri Yurgen Klopp və Dieqo Simeone görüşmək üçün bir-birinə yaxınlaşıb. Lakin onlar son anda koronavirus epidemiyasına görə əllə görüşməməli olduqlarını anlayıblar və bu an maraqlı mənzərə yaranıb. Məşqçilər dirsək-dirsəyə salamlaşıblar.
Xatırladaq ki, UEFA koronavirusa görə avrokuboklarda əllə görüşməyi qadağan edib.
Son xəbərlər
Son Xəbərlər