Kloze karyerasını başa vurdu

kloze-karyerasini-basa-vurdu-
Oxunma sayı: 955


“Qafqazinfo” xəbər verir ki, məlumatı Almaniya Futbol İttifaqının rəsmi saytı yayıb: “Biz komanda ilə başlıca məqsədimizə nail olduq, mən də şəxsi vəzifəmi yerinə yetirdim”.

2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında Kloze Almaniya komandasına qızıl medal qazanmaqda kömək edib. O, çempionat zamanı rəqib qapılarına 2 qol vurmaqla dünya birincilikləri tarixində ən məhsuldar oyunçu olub. Onun hesabında 4 dünya çempionatında (2002, 2006, 2010, 2014) 16 qol var.