"Qafqazinfo" xəbər verir ki, Miroslav Kloze dünya çempionatları tarixində ən çox qol vuran futbolçu olub. Kloze Braziliya ilə keçirilən yarımfinal matçında da fərqlənərək iştirak etdiyi 4 mindialda (2002,2006,2010,2014) ümumilikdə, 16 qol vurub. Bu nəticə ilə Kloze keçmiş futbolçu braziliyalı Ronaldonun da rekordunu qırmış olub. Onun aktivində 15 qol var idi.
Qeyd edək ki, Almaniya Braziliyanı yarımfinalda 7-1 hesabı ilə məğlub edərək finala adlayıb.
İqbal
Son xəbərlər
Son Xəbərlər