Klub direktoru və oyunçudan hələ də xəbər yoxdur

klub-direktoru-ve-oyuncudan-hele-de-xeber-yoxdur
Oxunma sayı: 3063

"Kristian Atsu və idman direktorumuz Taner Savut təəssüf ki, hələ də dağıntılar altındadır. Axtarış davam edir. Onlara qovuşa bilsək, sanki dünya bizim olacaq”.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu “Hatayspor” klubunun meneceri Mustafa Özat deyib.

O bildirib ki, hazırda Hatay köməyə daha çox ehtiyacı olan bölgədir:

"Biz kömək gözləyirik. Zəlzələ bölgələrində hər kəsin köməyə ehtiyacı var, amma Hatayda köməyə böyük ehtiyac var. Dualara ehtiyacımız var", - deyə klubun sözçüsü deyib. 

Xatırladaq ki, dağıntılar altında qalan klubun futbolçusu Burak Öksüz və məşqçi Gökhan Kağıtcıoğlu xilas edilib.