“Qafqazinfo” “Bakı”
klubunun müdafiəçisi Yure Tranvnerin apasport.az saytına müsahibəsi
- Məşqlər necə gedir?
- Normal. Hələlik Bakıda hazırlıq keçirik.
- Baş məşqçi Milinko Pantiçin komandanın yanında olmamağının səbəbi nədi?
- Bilmirəm. Onun nə vaxt gələcəyi dəqiq deyil. Komanda hələlik köməkçi məşqçilərin rəhbərliyi altında hazırlaşır.
- Pulsuz məşq etmək ağır deyil?
- Çətindi. Amma səbr edirik. Düzələcəyini deyirlər. Hələlik xoş xəbər olmasa belə, ümidimizi üzməmişik. Hazırda rəhbərlikdən şad xəbər gözləyirik.
- “Bakı”da nə qədər pulunuz qalıb?
- Bu haqda danışmaq istəmirəm. Digər futbolçularda nə qədər qalıbsa, məndə də o qədər.
- Artıq yerli futbolçulardan Rauf Əliyev, Cavid Hüseynov və Əfran İsmayılov komandadan ayrıldılar...
- Bizim klubla müqaviləmiz var. Ona görə də burdayıq.
- Həmin futbolçuların da klubla müqaviləsi vardı...
- Pul olmayacaqsa, yəqin ki, “Bakı”da olmayacaq. Düzdü, problemlər hələ həll olunmayıb. Gözləməyə məcburuq.
- Klub rəhbərliyi futbolçuların pullarını verməsə, hansı addımı atacaqsınız?
- Nə edəcəyik, hamımız FİFA-ya şikayət edəcəyik.
- Sizdən öncə “Bakı”nın sabiq futbolçuları - Ruslan Leviqa və Aleksandr Tamovski də FİFA-ya şikayət ediblər. Amma hələlik pullarını ala bilməyiblər...
- Əgər bütün futbolçular şikayət etsələr, o zaman klub heç gənclərlə də çıxışını davam etdirə bilməyəcək. FİFA komandaya sanksiya tətbiq edəcək. Klub fəaliyyətini tamamilə dayandıracaq. Bu da gənc futbolçular üçün çox pis olacaq.
Son xəbərlər
Son Xəbərlər