Klublara polis basqını

klublara-polis-basqini
Oxunma sayı: 1039

İtaliyada futbolunda yeni çaxnaşma yaşanır. “Qafqazinfo” xəbər verir ki, sözügedən ölkənin Maliyyə Polisinin “Ofsayd Əməliyyatı” adını verdiyi araşdırmada 35 yerli klubun mərkəzi ofisinə basqın edilib.

İtaliya mətbuatının yazdığına görə, Napoli Prokurorluğunun bir müddət davam etdirdiyi araşdırmalardan A və B Seriyalarındakı 35 klub və 64 şəxs transfer dönəmlədində saxta hesablarla vergidən yayındıqkarı üçün istintaqa cəlb olunub. Aralarında klubların vitse-prezident və prezidentləri olan Adriano Qalliani (“Milan”), Aurelio de Laurentis (“Napoli”), Klaudio Lotito (“Latsio”), Jan-Klod Blank (“Yuventus”un keçmiş prezidenti), eləcə də “PSJ”nin argentinalı futbolçusu Ezekiel Lavetsi, FİFA-da qeydiyyatda olan menecer Alessandro Moqqi, A Seriyasında çıxış etmiş sabiq futbolçular Adrian Mutu, Dieqo Milito və Ernan Krespo var.

Qeyd edək ki, əvvəllər də İtaliya futbolunda oyun alqı-satqısı ilə əlaqədar bir sıra əməliyyatlar aparılıb.