Klublararası dünya çempionatı bu ölkədə keçiriləcək

klublararasi-dunya-cempionati-bu-olkede-kecirilecek
Oxunma sayı: 1376

Futbol üzrə klublararası dünya çempionatı Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı qərar FIFA Şurasının iclasında qəbul olunub.

2022-ci ilin əvvəlində təşkili planlaşdırılan turnirin dəqiq tarixi daha sonra açıqlanacaq.

Qeyd edək ki, daha əvvəl Yaponiya klublararası dünya çempionatına ev sahibliyi etmək istəsə də, sonradan ölkə hakimiyyəti koronavirusla əlaqədar vəziyyətə görə qərarını dəyişib.