Klublararası dünya çempionatında ikinci finalçı müəyyənləşdi

klublararasi-dunya-cempionatinda-ikinci-finalci-mueyyenlesdi
Oxunma sayı: 1633

Birləşmiş Ərəb Əmirliklərində keçirilən klublararası dünya çempionatında ikinci finalçı müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, "Çelsi" yarımfinalda Səudiyyə Ərəbistanının "Əl-Hilal"ına 1:0 hesabı ilə qalib gələrək finala adını yazdırıb. Yeganə qolu 32-ci dəqiqədə Romelu Lukaku vurub.

Beləliklə, London təmsilçisi finalda Braziliya "Palmeyras"ına rəqib olub.

3-cü yer uğrunda matçda isə "Əl-Hilal" və "Misirin "Əl-Əhli" klubları üz-üzə gələcəklər. Hər iki görüş fevralın 12-də keçiriləcək.