Gələn il ABŞ-də keçiriləcək klublararası dünya çempionatının püşkatma mərasiminin vaxtı açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə FIFA məlumat yayıb.
Bildirilib ki, tədbir dekabrın 5-də Mayamidə keçiriləcək. Turnirin açılış matçı “İnter Mayami”nin Fort Lauderdeyldəki ev stadionunda baş tutacaq.
Qeyd edək ki, turnir iyunun 15-dən iyulun 13-dək ABŞ-da 32 komandanın iştirakı ilə yenilənmiş formatda keçiriləcək. Hazırda turnirin 31 iştirakçısının adı məlumdur. Sonuncu vəsiqənin sahibi noyabrın 30-da keçiriləcək Libertadores Kubokunun finalından sonra müəyyənləşəcək.
Klublararası dünya çempionatının matçları ABŞ-nin Nyu-Cersi, Şarlott, Sinsinnati, Los-Anceles, Mayami, Neşvill, Orlando (2 stadion), Filadelfiya, Sietl, Vaşinqton və Atlanta ştatlarında keçiriləcək.
Xatırladaq ki, klublararası dünya çempionatının əvvəlki qalibi finalda Braziliyanın “Fluminense” klubunu məğlub edən (4:0) İngiltərənin “Mançester Siti” klubudur.