Klublarımız başsağlığı verdi

klublarimiz-bassagligi-verdi
Oxunma sayı: 1401


"Qafqazinfo”nun məlumatına görə, bununla bağlı klublarımız rəsmi saytlarında və “facebook” səhifələrində başsağlığı yerləşdiriblər:

“Qarabağ”: ““Qarabağ” futbol klubu bu gün Binəqədi rayonunda baş vermiş faciəvi hadisə zamanı vəfat edənlərə Allahdan rəhmət, yaxınlarına səbir diləyir!”.

“Xəzər Lənkəran”: ""Xəzər Lənkəran" Futbol Klubu bugün Bakı şəhərində baş vermiş yanğın hadisəsi nəticəsində həlak olan insanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!"

“Neftçi”: ""Neftçi" PFK olaraq Bakının Binəqədi rayonunda baş vermiş yanğın nəticəsində həyatını itirmiş vətəndaşlarımıza Allahdan rəhmət, yaralılara isə şəfahət diləyirik. Başımız sağ olsun".

“İnter”: ""İnter" Peşəkar İdman Klubunun kollektivi Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli binada yanğın nəticəsində həlak olmuş soydaşlarımıza Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir, hadisə zamanı xəsarət alanlara tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayır. Allah rəhmət eləsin!"

“Qəbələ”: ""Qəbələ" İdman Klubu Bakının Binəqədi rayonunda baş verən dəhşətli yanğında çox sayda insanın həlak olması və yaralanmasından kədərlənir, faciə ilə əlaqədar ölkəmizin acı gününə şərik olur.

Klubumuz xalqımıza, həlak olanların ailələrinə və doğmalarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağlamlığına qovuşmalarını arzulayır". 

“Sumqayıt”: "Allah rəhmət eləsin! "Sumqayıt" Futbol Klubu olaraq Bakı şəhəri Binəqədi rayonundakı yaşayış binasında baş vermiş və bir neçə insanın yaralanması və həyatını itirməsi ilə nəticələnmiş yanğın hadisəsi ilə bağlı öz dərin kədərimizi bildiririk. Klubumuz bu dəhşətli olayda dünyasını dəyişən vətəndaşların yaxınlarına baş sağlığı verir. Uca Tanrıdan səbr diləyirik. Xəsarət alanlara isə Allahdan şəfa diləyirik".

“Bakı”: ""Bakı" futbol klubu baş verən hadisə ilə əlaqədar xalqımıza dərin hüznlə başsağlığı verir.Allah ölənlərə rəhmət etsin!"