“Klublarımız mərhələ keçə bilər” - Rövnəq Abdullayev

klublarimiz-merhele-kece-biler
Oxunma sayı: 815

AFFA prezidenti Rövnəq Abdullayev avrokubokların yeni mövsümünün ilk püşkatmasının nəticələrinə münasibət bildirib.

Qafqazinfo” azersiport.az-a istinadən xəbər verir ki, federasiya rəsmisi püşk uğurlu adlandırıb: “Püşk bizim üçün uğurlu alındı. Rəqiblərimizin hamısı keçiləsi komandadır. Dörd klubumuzun hamısına uğurlar arzulayıram. Onların hamısı mərhələ keçə bilər”.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının ikinci mərhələsindən mübarizəyə başlayacaq və Lüksemburq “Düdelanj”ı ilə qarşılaşacaq. Avropa Liqasındakı təmsilçilərimizə gəlincə, “Qəbələ” Gürcüstan “Samtredia”sı, “Neftçi” Malta “Baltsan”ı, “Kəpəz” də Moldova “Daçiya”sı ilə qarşılaşacaq.