Klublarımızın oyunlarına necə baxaq?

klublarimizin-oyunlarina-nece-baxaq
Oxunma sayı: 2833

Azərbaycan klublarının bu gün avrokuboklardakı oyunu canlı yayımlanacaq.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa “Rakov”u ilə ilk oyunu (saat 22:15) “CBC Sport”, “Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Latviya RFŞ-i ilə ilk matç (saat 20:00) İTV vasitəsi ilə açıq yayımla nümayiş olunacaq.

Qeyd edək ki, Azərbaycanın digər təmsilçiləri “Neftçi” və “Qəbələ” sabah Konfrans Liqasında mübarizəyə başlayacaq.