Klublarımızın potensial rəqibləri azaldı - Yenilənib

klublarimizin-potensial-reqibleri-azaldi
Oxunma sayı: 2705

Bu gün Konfrans Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi olacaq. “Qafqazinfo” xəbər verir ki, püşk Bakı vaxtı ilə saat 16:00-da atılacaq.

Azərbaycan komandaları “Sabah”, “Neftçi” və “Qəbələ”nin də potensial rəqibləri bilinəcək. Hər üç klubumuz püşk zamanı səpələnməmişlər səbətində qərarlaşacaq. Bu mərhələdən mübarizəyə qoşulacaq “Alkmaar” (Niderland), “Dinamo” (Kiyev, Ukrayna), “Partizan” (Serbiya), “Rapid” (Vyana, Avstriya) və “Aruka” (Portuqaliya) təmsilçilərimizin potensial rəqibləri sırasında olacaq.

Qeyd edək ki, Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 10-17-də keçiriləcək.

***

Azərbaycan klublarının Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Püşkatma öncəsi “Sabah”, “Neftçi” və “Qəbələ”nin mümkün rəqibləri 4-ə enib.

“Sabah” 2-ci raund səddini keçsə, “Makkabi” (Təl-Əviv, İsrail) – “Petrokub” (Moldova), ÇSKA (Sofiya, Bolqarıstan) – “Sepsi” (Rumıniya) cütlərinin qalibi, “Partizan” (Serbiya) və ya “Rapid”ə (Vyana, Avstriya) rəqib olacaq.

“Qəbələ” isə mübarizəni davam etdirməyi bacarsa, “Midtyulland” (Danimarka) – “Proqres” (Lüksemburq), “Hapoel” (Beer-Şeva, İsrail) – “Panevejis” (Litva), “Ordabası” (Qazaxıstan) – “Legiya” (Polşa) cütlərinin qalibi və ya “Dinamo” (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.

Həmçinin oxuyun: В Баку подорожали такси