Klubu həbs olunan Dani Alveşlə müqaviləni ləğv etdi

klubu-hebs-olunan-dani-alvesle-muqavileni-legv-etdi
Oxunma sayı: 2977

Meksikanın “Pumas” klubu Braziliya millisinin sabiq müdafiəçisi Dani Alveşlə yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sözügedən klub rəsmi açıqlama yayıb.

Ötən gün İspaniyada saxlanılan 39 yaşlı müdafiəçinin müqaviləsinə xitam verildiyi bildirilib.

Xatırladaq ki, Dani Alveş yanvarın 20-də cinsi təcavüzdə ittiham olunduğu üçün həbs edilib.