“Qafqazinfo” xəbər verir ki, istefa verekən yerinə Devid Moyesin gətirilməsini istəyən Ferguson indi də başqa bir namizədin adını irəli sürüb. Belə ki, təcrübəli futbol adamı “Real”Madridin baş məşqçisi Karlo Ançelottini “Mançester Yunayted”ə gətirmək istəyir. İkinci namizəd kimi Hollandiya millisinin çalışdırıcısı Lui Van Qal göstərilir. “Atletiko”Madridlə uğurlu mövsüm yaşayan Diyeqo Simyone də Fergusonun “Mançester”ə gətirmək istədiyi namizdlər arasındadır.
Qeyd edək ki, baş məşqçi Devid Moyes Premyer Liqada "Everton" qarşısında alınan 2-0 hesablı məğlubiyyətdən sonra istefa verib.
İqbal
Son xəbərlər
Son Xəbərlər