“Klubun zəif idarəçiliyi...” - Eddi İsrafilovdan vida paylaşımı

klubun-zeif-idareciliyi
Oxunma sayı: 3461

Xəbər verdiyimiz kimi, dünən Eddi İsrafilov “Neftçi” ilə yollarını ayırıb.

“Qafqazinfo”nun məlumatına görə, yarımmüdafiəçi bununla bağlı şəxsi instaqram hesabında paylaşım edib.

“Salam, “Neftçi” ailəsi! Mən sizinlə tam fərqli sağollaşmaq istəyərdim, bu klubda çoxlu mehriban işçilər vardı. Amma klubun zəif idarəçiliyi və həmişə addımların gec atılması səbəbindən bunu belə etməliyəm! Mənə və ailəmə bəxş etdiyiniz bütün sevgiyə görə sizə təşəkkür edirəm, sizi hər zaman ürəyimdə daşıyacağam. Bu formanı geyindiyim və bu komandanın kapitanlarından biri olduğum üçün fəxr edirəm. Gələcəkdə sizə uğurlar arzulayıram.

Əziz azarkeşlər, bu insanlara heç vaxt klubda istədiklərini etməyə imkan verməyin, unutmayın ki, siz klubun özüsünüz, siz komandanın DNT-sisiniz və bu klubun əsl motoru sizsiniz! Hamınızı bağrıma basıram. Bir daha “Forza Neftçi”!” -  paylaşımda qeyd olunub.

Qeyd edək ki, Eddi İsrafilovun atası anqolalı, anası İradə İsrafilova isə azərbaycanlıdır.