Kluni cütlüyündən örnək hərəkət

kluni-cutluyunden-ornek-hereket
Oxunma sayı: 716

Amerikalı aktyor Corc Kluni və həyat yoldaşı Amal Kluni tərəfindən qurulan xeyriyyə cəmiyyəti suriyalı uşaqlara yardım edəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, cütlük Suriyadakı müharibə səbəbindən evini tərk edib başqa ölkələrə sığınan uşaqlar üçün məktəb tikəcəklərini açıqlayıblar.

İlk mərhədələ Livanda 7 məktəbin tikilməsi planlaşdırılır. Layihə üçün 2 milyon dolların xərclənəcəyi bildirilir.

Qeyd edək ki, Kluni cütlüyünün 2016-cı ildə qurduğu “Ədalət üçün Kluni” xeyriyyə cəmiyyətinin əsas məqsədi dünyanın hər yerində müharibədən zərər görmüş və təhsil haqqı əlindən alınmış uşaqlara yardım etməkdir.