Klunilərin villasını da sel basıb - Fotolar

klunilerin-villasini-da-sel-basib
Oxunma sayı: 4233

Dünyaca məşhur aktyor Corc Kluninin İtaliyada Komo gölü sahilindəki villası selə məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, 60 yaşlı Kluninin “Oleandar” adlı malikanəsinin ön qapısı istifadəyə yararsız hala çevirilib, sel birinci mərtəbədəki eyvandan mənzilə daxil olub.

İtaliya mətbuatı yazır ki, hadisə zamanı aktyor xanımı Amal Kluni və dörd yaşlı əkizləri ilə həmin evdə olub.

Xatırladaq ki, İtaliyada 72 saat davam edən şiddətli yağış selə səbəb olub. Həmçinin, ötən həftələrdə Avropada güclü yağışların səbəb olduğu sel fəlakəti Almaniyanın Reynland-Pfalz və Şimali Reyn-Vestfaliya əyalətlərində 174, Belçikada 37 nəfərin ölümünə səbəb olub.

Qeyd edək ki, ötən il Hollivud ulduzunun İngiltərədəki 12 milyonluq villası “Dennis” qasırğasından zərər görmüş, malikanəni sel basmışdı.