“Avropa çempionatında bütün komandalar güclüdür. Bizim də yaxşı heyətimiz, güclü futbolçularımız var”.
“Qafqazinfo” sportnet.az-a istinadən xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Hollandiya yığmasının üzvü Castin Klüyvert deyib. Gənc hücumçu Bakıda keçiriləcək Avropa çempionatından öncə atası, ötənlərin məşhur futbolçusu Patrik Kluyvertdən məsləhət aldığını qeyd edib: “Bu, karyeramda ilk böyük turnirdir. Səfərə çıxmamışdan öncə atamla danışdım. O, mənə dedi ki, özünə inan, ayaqlarının danışmasına imkan ver”.
Oğul Klüyvert gələcəkdə İngiltərədə çıxış etmək istədiyini vurğulayıb: “Hədəfim Premyer Liqada forma geyməkdir. Nə vaxtsa atam kimi "Barselona”da da oynamaq istərdim”.
Qeyd edək ki, Avropa çempionatında Hollandiya İspaniya, İtaliya və Serbiya ilə birgə D qrupunda yer alıb.
Son xəbərlər
Son Xəbərlər