Klyuvertin yeni iş yeri açıqlandı

klyuvertin-yeni-is-yeri-aciqlandi
Oxunma sayı: 2062

“Ayaks”, “Barselona”, “Milan” və Niderland millisinin sabiq futbolçusu Patrik Klyuvert İndoneziya millisinə baş məşqçi təyin edilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano X sosial şəbəkə səhifəsində məlumat verib.

Mənbənin sözlərinə görə, tərəflər arasında müqavilə daha 24 ay uzadılması imkanı ilə iki il müddətinə nəzərdə tutulub. Yanvarın 12-də mütəxəssisin rəsmi təqdimat mərasiminin keçiriləcəyi bildirilir.

Klyuvertin son iş yeri Türkiyənin “Adana Dəmirspor” klubu olub. Əvvəllər o, iki il Kyurakao millisini çalışdırıb.