KOBİA forum çərçivəsində Memorandum imzaladı - Fotolar

kobia-forum-cercivesinde-memorandum-imzaladi
Oxunma sayı: 1066

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Litva Prezidenti Gitanas Nausedanın iştirakı ilə Bakıda Azərbaycan-Litva Biznes Forumu keçirilib.

KOBİA-dan “Qafqazinfo”ya bildirilib ki, tədbir çərçivəsində ölkələrimiz arasında bir sıra sənədlər, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Litvanın Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və assosiasiyanın baş direktoru Gedre Rajiskinee imzalayıblar.

Memorandumda hər iki ölkənin kiçik və orta müəssisələri arasında ticarət və investisiya əməkdaşlığının təşviqi, sahibkarlıq sahəsindəki yeniliklər barədə qarşılıqlı məlumatlandırma, KOB-lara xidmətlərin göstərilməsi üzrə təcrübə mübadiləsi, əməkdaşlığın gücləndirilməsi üçün seminarların, sərgilərin və digər təşviqat tədbirlərinin təşkili və s. məsələlər nəzərdə tutulur.