KOBİA-nın elan etdiyi qrant müsabiqəsinin nəticələri açıqlandı - Foto

kobia-nin-elan-etdiyi-qrant-musabiqesinin-neticeleri-aciqlandi
Oxunma sayı: 1744

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin elm və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş ikinci qrant müsabiqəsinin nəticələri açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilmiş müsabiqəyə təqdim edilmiş 200 layihədən 13-nün maliyyələşdirilməsi barədə qərar qəbul olunub.

Layihələrin ekspertizası məqsədilə yaradılmış Ekspert Komissiyasının fevralın 24-də keçirilmiş iclasında qeyd edilib ki, müsabiqəyə 194-ü KOB subyekti və 6-sı qeyri-sahibkarlıq subyekti olmaqla ümumilikdə 200 layihə təqdim edilib. KOB subyektlərinə məxsus layihələrin 93-ü hüquqi, 101-i fiziki şəxslərə, o cümlədən 186-sı mikro, 5-i kiçik, 3-ü orta sahibkarlıq subyektlərinə məxsusdur. Müsabiqəyə təqdim olunmuş layihələrdən 131-i dəstək, 7-si tədqiqat, 62-si isə digər sahələr üzrə layihələrdir.

Qeyd edək ki, qalib layihələrin hər birinə maksimum 20 min manata qədər maliyyə vəsaiti ayrılacaqdır.

Qalib layihələr barədə ətraflı məlumatı KOBİA-nın saytından əldə etmək olar.