KOBİA-nın rəhbər heyəti 1 aylıq maaşını ianə etdi

kobia-nin-rehber-heyeti-1-ayliq-maasini-iane-etdi
Oxunma sayı: 1091

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbər heyəti bir aylıq əməkhaqlarını koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

"Qafqazinfo" xəbər verir ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər də könüllü ödəmələr edə bilər. Prezident İlham Əliyevin bu təşəbbüsünə qoşulmaq üçün Agentliyə sahibkarlar tərəfindən xeyli sayda müraciətlər daxil olub. KOBİA-nın əməkdaşları sahibkarları Koronavirusla Mübarizəyə Dəstək Fondunun bank rekvizitləri barədə məlumatlandırıb.