Mayın 20-də İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında fəaliyyət göstərən İctimai Şuranın təşkilatçılığı ilə “Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu” mövzusunda Forum keçirilib.
"Qafqazinfo" xəbər verir ki, bu formatda ilk dəfə olaraq təşkil olunan tədbirdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizdə sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafı sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb, ictimai fikrin öyrənilməsində vətəndaş cəmiyyəti institutlarının və ictimai şuraların fəaliyyətinin əhəmiyyətini qeyd edib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulmasının KOBİA-nın əsas fəaliyyət istiqamətlərindən olduğunu və bu məqsədlə 2018-ci ildə Agentlik yanında İctimai Şuranın yaradıldığını bildirib, Agentliklə bağlı məsələlərdə vətəndaş cəmiyyəti institutlarını aktiv əməkdaşlığa dəvət edib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışlarında qanunvericiliyin təkmilləşdirilməsi sahəsində keçirilən ictimai müzakirələrdə ictimai şura üzvü olan vətəndaş cəmiyyəti təsisatlarının mühüm rolunu diqqətə çatdırıblar.

Son xəbərlər
Son Xəbərlər