Kobinin helikopterinin düşməsində pilot məsuliyyətsizliyi

kobinin-helikopterinin-dusmesinde-pilot-mesuliyyetsizliyi
Oxunma sayı: 2586

Əfsanəvi basketbolçu Kobi Brayantla qızı Ciannanın eləcə də, daha 7 nəfərin olduğu helikopterin düşməsinin səbəbi məlum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Los-Anceles polis departamenti qəzanın pilotun səhvi ucbatından baş verdiyini açıqlayıb. İddialara görə, qatı duman səbəbindən pilot 15 dəqiqə dairəvi hərəkət edib. Helikopter əvvəlcə qərbə, daha sonra isə cənuba istiqamət alıb. Cənubda dağ olduğunu bilməyən pilot 1200-dən 2000 futa qalxaraq faciənin baş verməsinə səbəb olub. Helikopter 161 düyün, yəni 298 kilometr sürətlə dağa çırpılıb və alışıb.

“The Sun” qəzeti isə helikopterin səs qeydlərini yayımlayıb. Qeydlərə əsasən, pilot Ara Zobayana “çox aşağıdan uçursan” deyə xəbərdarlıq edilib. Zobayanın aşağıdan uçuşu səbəbindən helikopterin yeri radarlarda dəqiqliklə görülməyib. Bundan başqa, Zobayana havanın qatı dumanlı olması ilə bağlı bir neçə dəfə xəbərdarlıq edilsə də, pilot buna da əhəmiyyət verməyib.