kobmarket.az istifadəçilərinin sayı artır

kobmarketaz-istifadecilerinin-sayi-artir
Oxunma sayı: 2444

Bir ayda www.kobmarket.az portalında 55 sahibkarlıq subyekti qeydiyyatdan keçərək onlayn mağazasını yaradıb. Sahibkarlar portala 700 adda məhsul yerləşdirib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) açıqlamasında bildirilir.

Portal sahibkarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin onlayn satış imkanlarının genişləndirilməsi, məhsullarını geniş alıcı auditoriyasına tanıtması məqsədilə yaradılıb. Buradaistifadəçilər üçün vahid ödəniş sistemi və çatdırılma xidmətlərindən istifadə imkanı mövcuddur.

Qeydiyyat prosesi sadədir, sahibkar satışa dair zəruri məlumatları hesabat şəklində portaldan əldə edə bilir.

Sahibkarlar www.kobmarket.az qeydiyyatdan keçməklə qısa müddətdə onlayn mağazasını aça və məhsullarını burada yerləşdirməklə satış imkanlarını genişləndirə bilərlər.