Kobzonun 1 milyardı kimə qalacaq?

kobzonun-1-milyardi-kime-qalacaq
Oxunma sayı: 5532

SSRİ xalq artisti, Rusiya Dumasının deputatı ( 1995-2018) İosif Kobzonun mirası ölkə gündəmini zəbt edib. “Qafqazinfo” xəbər verir ki, ötən gün dünyasını dəyişən estrada müğənnisinin sərvətinin miqdarı KİV-lərdə müzakirə mövzusuna çevirilib. 

Deyilənə görə, Kobzon öz mülkünü elə bölüb ki, varisləri (xanımı və iki övladı) arasında heç bir münaqişə baş verməyəcək, vəsiyyətnamə dəfndən sonra açıqlanacaq. 

İddia olunur ki, sənətkarın 1 milyard rubl (təxminən 25 milyon manat) sərvəti var. 

Bundan əlavə, xalq artisti Dövlət Dumasının deputatı olduğu üçün, rəsmi gəlirlərini və ona məxsus mülkləri heç vaxt gizlətməyib.

O, 2017-ci ildə 15 milyon rubldan çox qazanc əldə edib.  Kobzonun 5 torpaq sahəsi, Moskvada 5 mənzili və 3 avtomobili var. Onlar arasında “Mercedes Maybach” və “Rolls-Royce” da var.

Sənətçi, deputat və biznesmen İosif Kobzon xeyriyyəçi kimi də tanınıb.