“Koca Yusuf” Uhana uçdu - Video

koca-yusuf-uhana-ucdu
Oxunma sayı: 2386

Çinin Uhan şəhərindəki 34 Türkiyə, 7 Azərbaycan, 7 Gürcüstan və 1 Albaniya vətəndaşını Türkiyəyə gətirəcək “Koca Yusuf” adlı hava gəmisindən xəbər var. 

“Qafqazinfo” “Hurriyet”ə istinadən xəbər verir ki, sözügedən “A400M” hərbi-nəqliyyat təyyarəsi Etimesgut Hərbi Hava limanından sözügedən şəhərə uçub.

Bildirilir ki, Çinə gedəcək heyət üçün təyyarəyə qoruyucu geyimlər, maskalar, dezinfeksiyaedici materiallar və digər tibbi və ərzaq məhsulları yüklənib.

Məlumata görə, heyətə 2 infeksiya üzrə mütəxəssis, 4 infeksiyaya nəzarət tibb bacısı və digər tibbi personallar daxildir. 

Müayinələrdən sonra təyyarəyə daxil olacaq 49 nəfər Türkiyəyə gəldikdən sonra Ankarada xəstəxanaların birində karantin otağına yerləşdiriləcəklər.