Ermənistan Apelyasiya Məhkəməsi keçmiş prezident Robert Koçaryanın şikayətini rədd edib.
“Qafqazinfo”nun “News.am” saytına istinadən verdiyi xəbərə görə, fevralın 7-də keçirilmiş məhkəmə prosesində eks-prezidentin həbsdə saxlanılması barədə 1-ci instansiya məhkəməsinin hökmü qüvvədə qalıb.
Xatırladaq ki, R. Koçaryan 1 mart 2008-ci il hadisələri zamanı konstitusion quruluşun devrilməsində ittiham olunur. Onun barəsində 2 aylıq həbs qətiimkan tədbiri seçilib.
Son xəbərlər
Son Xəbərlər