Ermənistanda konstitusion quruluşu devirməkdə ittiham olunan eks-prezident Robert Koçaryanın həbs müddəti uzadılıb.
“Qafqazinfo”nun “news.am” saytına istinadən məlumatına görə, martın 15-də keçirilən məhkəmə prosesində Xüsusi İstintaq Xidmətinin vəsatəti təmin olunub və Koçaryanın həbs müddəti daha 2 ay artırılıb.
Xatırladaq ki, R. Koçaryana qarşı 1 mart 2008-ci il hadisələri ilə bağlı aparılan istintaq çərçivəsində ittiham elan olunub. O, dekabrın 7-dən həbsdədir.
Son xəbərlər
Son Xəbərlər