Ermənistanın həbsdə olan ikinci prezidenti Robert Koçaryan müxalifətlə yeni hakimiyyətə qarşı birləşmək niyyətində olduğunu açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə keçmiş prezident “Röyters”ə açıqlamasında bəyan edib.
Həbsxanadan agentliyə məktub yazan Koçaryan qeyd edib ki, Ermənistanda yeni güclü müxalifət partiyaları formalaşır və bu qüvvələr yaxın gələcəkdə ölkənin yeni rəhbərliyinə meydan oxumaq üçün gücünü artırır:
“Bu proses sözsüz ki, tezliklə hakimiyyətə meydan oxumağa qadir güclü bir siyasi qüvvənin yaradılmasına gətirib çıxaracaq. Mən də bu müxalif partiyaya qoşulmaq niyyətindəyəm”.
Eks-dövlət başçısı ona qarşı irəli sürülən ittihamların siyasi motiv daşıdığını da sözlərinə əlavə edib: “Baş Nazir Nikol Paşinyan qanun tətbiqində ayrıseçkiliyə yol verir”.
Xatırladaq ki, R. Koçaryan 1998-2008-ci illərdə Ermənistana rəhbərlik edib. Ona qarşı 1 mart 2008-ci il hadisələri ilə bağlı aparılan istintaq çərçivəsində ittiham elan olunub. O, 2018-ci il dekabrın 7-dən həbsdədir.
Son xəbərlər
Son Xəbərlər