“Koçaryan heç bir ifadə verməyəcək” - Vəkili

kocaryan-hec-bir-ifade-vermeyecek
Oxunma sayı: 987

Ermənistanın həbsdə olan sabiq başçısı Robert Koçaryan ona qarşı açılmış cinayət işi çərçivəsində heç bir ifadə verməyəcək.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu eks-prezidentin vəkili Ayk Alumyan bildirib: “Robert Koçaryan 2008-ci ilin 1 mart hadisələri ilə bağlı heç bir göstəriş verməyib. O, dəfələrlə bildirib ki, ona qarşı irəli sürülmüş itithamların mahiyyətini anlamır”. 

Alumyanın sözlərinə görə, Koçaryan azadlığa çıxacağı halda ədalətdən gizlənməyə və ya istintaqın nəticələrinə mane olmağa hazırlaşmır. O, hər zaman dövlət nəzarətində olacaq və onu hər yerdə Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları izləyəcək. 

Xatırladaq ki, Ermənistanın Xüsusi İstintaq Xidməti ötən il iyulun 26-da Koçaryana qarşı 2008-ci ildə mart aksiyaları zamanı konstitusiya quruluşunu dəyişməyə cəhd etməsi ilə bağlı ittiham irəli sürüb.