Koçaryan İstintaq Təcridxanasına qaytarıldı

kocaryan-istintaq-tecridxanasina-qaytarildi
Oxunma sayı: 1098

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan tibbi müayinədən sonra İstintaq Təcridxanasına qaytarılıb.

“Qafqazinfo” Ermənistan KİV-nə isitnadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Cinayət İcraiyyə İdarəsinin mətbuat katibi Nona Navikyan bildirib. Onun sözlərinə görə, Koçaryan bu gün “İzmirlyan” tibb mərkəzində tibbi müayinədən keçib. Prosedur yekunlaşandan sonra o, yenidən təcridxanaya qaytarılıb. Daha əvvəl Koçaryanın tibbi mərkəzdə saxlanılacağı deyilirdi.

Qeyd edək ki, Robert Koçaryan 1 mart 2008-ci ildə etiraz aksiyaları zamanı konstitusion quruluşu pozmaqda günahlandırılır. Keçmiş prezident 2018-ci ildə iki dəfə həbs edilsə də, daha sonra qısa müddətlik azadlığa buraxılmışdı. O, iyunun 25-dən isə üçüncü dəfə həbs edilib.