Koçaryan müharibəyə görə Paşinyanı günahlandırdı

kocaryan-muharibeye-gore-pasinyani-gunahlandirdi
Oxunma sayı: 2727

“Sözsüz ki, hazırkı vəziyyətə görə məsuliyyəti Ermənistanın Baş naziri daşıyır”.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan müsahibəsində bildirib.

“Bunun üçün şəxsən o özü məsuliyyət daşıyır. Mən izah edə bilərəm... Bizim artıq Azərbaycanla Dağlıq Qarabağ məsələsinə görə uzun illərdir münaqişəmiz var idi. Bu münaqişə 1988-ci ildən başlayıb. Hansısa həlli nəzərdə tutan danışıqlar prosesi var idi. Ancaq son illər səlahiyyətlilər danışıqlar prosesini çıxılmaz vəziyyətə gətirdilər. Danışıqlar bitən yerdə isə müharibə başlayır”, - deyə Koçaryan müsahibəsində qeyd edib.

Koçaryan bildirib ki, hazırkı hakimiyyət məsuliyyətli və bir qədər mürəkkəb danışıqlardan yayınmaq üçün müharibəyə yol açıb.