Koçaryan Paşinyana qarşı qaldırdığı iddianı geri götürdü

kocaryan-pasinyana-qarsi-qaldirdigi-iddiani-geri-goturdu
Oxunma sayı: 866

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Baş Nazir Nikol Paşinyana qarşı qaldırdığı şərəf və ləyaqətin alçaldılması ilə bağlı ittihamı geri götürüb.

“Qafqazinfo”nun “sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, sözügedən bəyanatı məhkəmə prosesində Koçaryanın vəkili Ayk Alumyan oxuyub.

Tərəflər etiraz etməyib.

Qeyd edək ki, Paşinyan bir müddət öncə açıqlamasında “sabiq prezidentlər cinayətləri təşkil etməkdə ittiham olunurlarsa, onların toxunulmazlığı barədə danışıla bilməz” demiş, Koçaryan isə Baş Nazirin onun şərəf və ləyaqətini alçaltdığını bildirərək ona qarşı iddia qaldırmışdı.