Koçaryanı azadlığa buraxan hakim təhdid olunur

kocaryani-azadliga-buraxan-hakim-tehdid-olunur
Oxunma sayı: 1601

Ermənistanın sabiq prezidenti Robert Koçaryanı 2 milyard dram müqabilində azadlığa buraxan Apelyasiya Məhkəməsinin hakimi Arsen Nikoqosyan təhdid olunur.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, Ali Məhkəmə Şurasına şikayət ərizəsi ilə müraciət edib. Nikoqosyan bildirib ki, 18 iyunda Koçaryanın azadlığa buraxılması qərarını elan etdikdən sonra bir sıra informasiya portallarında, eləcə də sosial şəbəkələrdə onun və ailə üzvlərinin ünvanına söyüş və təhdidlər yazılmağa başlanılıb.

Ali Məhkəmə Şurası Nikoqosyanın şikayəti əsasında polisə lazımi tədbirlər görülməsi üçün müraciət ünvanlayıb.