Ermənistanın xüsusi istintaq xidməti eks-prezident Robert Koçaryanın həbsinin daha 2 ay uzadılması üçün məhkəməyə müraciət edib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat katibi Marina Ohancanyan bildirib:
“Koçaryanın nəzarətdə saxlanılması müddəti bitir və biz məhkəməyə həbsin daha 2 ay uzadılması üçün müraciət etmişik”.
Qeyd edək ki, Koçaryan 2008-ci ildə Konstitusiya quruluşunu dəyişməkdə ittiham olunur.
Son xəbərlər
Son Xəbərlər