Koçaryanın oğlu İrəvanda aksiyada saxlanıldı

kocaryanin-oglu-irevanda-aksiyada-saxlanildi
Oxunma sayı: 1463

Ermənistanın keçmiş Prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan paytaxt İrəvanda keçirilən etiraz aksiyası zamanı saxlanılıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Levon Koçaryan öz teleqram kanalında paylaşıb.

Xəbəri rus dilində oxuyun: Владелец NeoKart выиграл автомобиль в лотерее!

Агентский банкинг уже в Габале

“Məni saxladılar. Ruhdan düşmürük, geri çəkilmirik, davam edirik”, - deyə L.Koçaryan qeyd edib.

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən Ermənistan müxalifətinin nümayəndələri İrəvanda Baş nazir Nikol Paşinyana qarşı aksiya keçirir. Səhər 10:00-a olan məlumata görə, 155 aksiya iştirakçısı saxlanılıb.