Köçərli Həsənov Naftalanda vətəndaş qəbulu keçirəcək

kocerli-hesenov-naftalanda-vetendas-qebulu-kecirecek
Oxunma sayı: 3160

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənov Naftalan şəhərində Naftalan, Goranboy və Xocalı rayonlarından olan sakinləri qəbul edəcək.

“Qafqazinfo” xəbər verir ki, qəbul aprelin 14-ü saat 10:00-dan başlayaraq Naftalan şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. 

Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.

Vətəndaşlar qəbul üçün Naftalan, Goranboy və Xocalı sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.